AZ

Cabir İmanov Qurd Qapısı qəbiristanlığında dəfn ediləcək

BAKI, 29 sentyabr. TELEQRAF

Əməkdar artist Cabir İmanovun dəfn ediləcəyi məkan açıqlanıb.

Mədəniyyət Nazirliyindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, Cabir İmanov sabah Qurd Qapısı qəbiristanlığında dəfn ediləcək.

Əməkdar artistlə vida mərasimi Cümə Məscidində keçiriləcək.

Qeyd edək ki, Cabir İmanov bu gün Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək vəfat edib. Onun 49 yaşı var.

Seçilən
22
teleqraf.com

1Mənbələr