AZ

Azərbaycanda pensiya kapitalından istifadə ilə bağlı YENİ XƏBƏR

Azərbaycanda pensiya kapitalının istifadəsi ilə bağlı yeni müzakirə gündəmə gəlib.

Far.Az-in məlumatına görə, millət vəkili Əziz Ələkbərli çıxışı zamanı bildirib ki, ailə başçısı vəfat etdikdən sonra həmin ailələr ciddi sosial çətinliklərlə üzləşir və bu vəziyyətdə pensiya kapitalının bir hissəsinin ailəyə ödənilməsi vacibdir.

Deputat qeyd edib ki, uşaqların körpə yaşda olması və ailənin gəlir mənbəyini itirməsi əlavə sosial yük yaradır.

Onun fikrincə, həyatını itirmiş ailə başçısının pensiya kapitalının 30 faizi ailəsinə verilməlidir.

Qeyd edək ki, bir çox ölkələrdə pensiya kapitalından pensiyaya çıxmadan əvvəl istifadə imkanı mövcuddur. Türkiyədə ailə başçısı dünyasını dəyişdikdə onun topladığı pensiya kapitalının bir hissəsi ailəsinə ödənilir. Çexiya və Polşada pensiya yığım sistemində vəsaitlərin bir qismi ailə üzvlərinə miras kimi keçə bilir.

Eyni zamanda Latviya və Estoniyada isə yığım pensiya fondları ailə başçısının vəfatından sonra birbaşa ailə üzvlərinə yönləndirilir. ABŞ və Kanadada pisə ensiya yığımları ailə üzvlərinə miras qalmaqla yanaşı, erkən çıxarış imkanı da müəyyən hallarda tətbiq olunur. Bu modellər həm ailələrin sosial müdafiəsini gücləndirir, həm də vətəndaşlarda pensiya sisteminə inamı artırır.

Pensiya kapitalı vətəndaşların əmək fəaliyyəti dövründə topladığı və gələcəkdə pensiya ödənişlərinin formalaşdırılmasına xidmət edən vəsaitdir. Onun üstünlüyü ondan ibarətdir ki, uzun illər ərzində işləyən insan öz sosial təminatını yaradır və yaşlılıq dövründə sabit gəlir əldə edir.

Əgər təklif qəbul edilərsə ölkədə ailə başçısını itirmiş ailələrin sosial təminatı güclənəcək. Körpə uşaqların və həssas qrupların yaşayış şəraiti yaxşılaşacaq. Dövlətin sosial müdafiə yükü qismən azalacaq, çünki ailələr öz vəsaitindən istifadə edə biləcək. Pensiya sisteminə inam daha a artacaq və insanlar daha çox sosial sığorta ödənişləri etməyə maraqlı olacaqlar.

Seçilən
10
1
far.az

2Mənbələr