AZ

Putin səhvi bağışlamadı, adamını qurban seçdi Təəccübləndirən addım

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya mediasında yayılan iddialara görə, Baş Qərargah rəisi Valeri Gerasimovun taleyi Prezident Vladimir Putinin doğum gününə, yəni oktyabrın 7-nə qədər əldə ediləcək hərbi nəticələrdən asılı olacaq. Kreml rəhbərliyi cəbhədə “böyük uğur” tələb edir və bu, Gerasimovun vəzifədə qalmasının əsas şərti kimi göstərilir. Əks halda, onun yerinə general Andrey Mordviçevin təyin olunacağı ehtimal edilir.

Qeyd olunan tarixədək Rusiya ordusu real uğur əldə edə bilərmi? Ukrayna cəbhəsində hansı dəyişikliklərin olması mümkündür?

Globlinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Valeri Gerasimovun istefa məsələsi artıq bir ildir uzadılıb:

“Bu, ona Ukrayna cəbhəsində konkret nəticələr əldə etməsi üçün verilən bir möhlət idi. Yaz və yay hücumlarının hədəfləri vardı. Bunlar Zaporojye, Dnepropetrovsk, Sumi vilayətləri və Xarkov istiqamətində bufer zonalar yaratmaq, eləcə də Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə tam nəzarət etmək, beləliklə məsələyə hərbi baxımdan nöqtə qoymaq idi.

Lakin yay əməliyyatlarının nəticəsi kifayət qədər zəif oldu – cəmi 300 kvadrat kilometrdən bir qədər çox ərazi işğal edilmişdi ki, bunun da yarıdan çoxu Ukrayna ordusu tərəfindən geri qaytarılıb. Qalan ərazilərdə isə təmizləmə əməliyyatları davam edir. Yəni verilən itkilər və edilən hücumların nəticəsi demək olar sıfıra bərabərdir.

Üstəlik, Pakrovsk istiqamətində Rusiya ordusuna məxsus üç qruplaşma tam mühasirəyə alınıb. Mühasirə günü-gündən daralır və artıq məhv etmə prosesi başlayıb. Bu, Rusiya ordusu üçün növbəti biabırçılıqdır”.

Natiq Miri

Politoloqun sözlərinə görə, Valeri Gerasimova bir illik möhlət onun “qurbanlıq keçiyə” çevrilməsi üçün verilmişdi:

“Gerasimovun oktyabra qədər vəzifədən uzaqlaşdırılması ilə yanaşı, həbsi də istisna olunmur. Çünki bu miqyasda uğursuzluqların bir məsul şəxsə yüklənməsi lazımdır və həmin şəxs də, təbii ki, ordunun başçısıdır.

Ona görə də Gerasimovun taleyi artıq mənfi mənada müəyyən olunub. Hətta bu proses daha da dərinləşə bilər. Rusiyanın itkiləri və məğlubiyyətləri real şəkildə ortaya çıxdıqca, rejim öz övladlarını “yeməyə” başlayır. Yəni hərbi, təhlükəsizlik və siyasi elitalarda olan məmurlar tədricən zərərsizləşdirilir, həbs olunur, hətta bəzi hallarda “intihar” adı altında aradan götürülür. Güclü repressiya dalğasından söhbət gedir.

Oktyabrın 7-nə qədər Gerasimovun hər hansı uğur əldə edəcəyini düşünmürəm. Cəbhə xəttində elə bir vəziyyət yaranıb ki, tərəflər arasında sadəcə 10–20 metrlik “boz zona” qalıb. Hər iki ordu bu ərazini keçmək və onu tutmaq üçün hücum etsə də, buna nail ola bilmir. Çünki müharibə artıq artilleriya, dron və raket müharibəsinə çevrilib. Kim başını qaldırsa, dərhal məhv edilir.

Rusiyanın yeni ərazilər ələ keçirməsi üçün canlı qüvvənin irəliləməsi lazımdır. Amma hazırkı şəraitdə bu, mümkün görünmür. Hər bir hücum minlərlə itki deməkdir”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
globalinfo.az

1Mənbələr