AZ

III MDB Oyunları: Azərbaycanın sambo komandası yarışı 8 medalla başa vurub

Göygöl, 29 sentyabr, AZƏRTAC

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışları başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışlar Göygöl Olimpiya İdman Kompleksində təşkil olunub.

Səkkiz idmançımız fəxri kürsüyə yüksəlib.

Azərbaycan təmsilçilərindən Abdullətif Musayev (53 kiloqram), Nihad Rəhimov (64 kiloqram) qızıl, Əbubəkir Hüseynov (98 kiloqram), Rəsul Səmədli (+98 kiloqram), Rüstəm Qasımzadə (58 kiloqram) gümüş, Sadiq Nadirov (79 kiloqram), Mikayıl Əmirov (71 kiloqram ) və Xəzər Əmrahlı (88 kiloqram) isə

bürünc medal qazanıblar.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Seçilən
40
2
azertag.az

10Mənbələr