"İnter" "Mançester Siti"dən icarəyə götürdüyü Manuel Akanci ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi isveçrəli futbolçunun transfer hüquqlarına yiyələnməyi planlaşdırır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"İnter" 30 yaşlı mərkəz müdafiəçisi üçün İngiltərə klubuna 15 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Manuel Akanci bu ilin sentyabr ayından "İnter"də çıxış edir. İsveçrə millisinin üzvü Milan təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi