AZ

Ramiz Quliyev xəstəxanaya yerləşdirildi

Xalq artisti, tarzən Ramiz Quliyev xəstəxanaya yerləşirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Teleqraf-a Xalq artistinin oğlu, Əməkdar artist, dirijor Əyyub Quliyev bildirib.

Ə.Quliyev atasının müalicəsinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində olduğunu qeyd edib: “Atamın müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb. Bir neçə gün əvvəl böyrək çatışmazlığı ilə əlaqədar olaraq kreatinin səviyyəsi yüksələrək vəziyyəti pisləşmişdi. Ailəmiz adından Heydər Əliyev Fonduna müraciət etdik və dərhal bizə cavab verildi. Prezidentin köməkçisi Anar Ələkbərov bizimlə əlaqə saxladı. Və atam sentyabrın 23-də Dövlət Gömrük Hospitalına yerləşdirildi. Həmin gün Prezidentin köməkçisi Anar Ələkbərov və mədəniyyət naziri Adil Kərimli atamı xəstəxanada ziyarət etdilər”.

Seçilən
18
1
konkret.az

2Mənbələr