AZ

“Mourinyo futbola əvvəlki kimi fokuslanmır”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Fənərbağça”nın sabiq çalışdırıcısı Joze Mourinyo barədə fikirlərini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "The Athletic" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb.

“Mourinyo Türkiyəyə gəldikdə çox danışmağa başladı, müxtəlif şeylər sınadı. Amma nəticədə biz ondan daha yaxşı idik. Mən ondan yaxşı idim. Onların stadionunda iki dəfə qalib gəlmişik. Təəssüf ki, bu il onunla qarşılaşmayacağıq, hələ iki oyun gözləyirdik.

O, əvvəlki kimi fokuslanmır, futbola əvvəlki qədər fikir vermir. Öz məşqçilik üslubunu dəyişməyib. Şəxsiyyət olaraq önəmli və xarizmatikdir, amma futbolla bağlı biz hər il inkişaf etməliyik. Bəlkə də onun problemi odur ki, özü məşqçi kimi daha yaxşı olmayıb.”

Qeyd edək ki, Mourinyo 2024-cü ilin iyulundan 2025-ci ilin avqustunadək Türkiyənin nəhəng klubu “Fənərbağça”nı çalışdırıb, sonra isə “Benfika”ya keçib.

Seçilən
76
90deqiqe.az

1Mənbələr