AZ

Ərdoğan: Ukrayna münaqişəsi Trampla danışıqlarda prioritet mövzulardan biri olub - ÖZƏL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 25 sentyabrda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşündə Ukrayna böhranı prioritet mövzulardan biri olub.

"Biz cənab Tramp və nümayəndə heyəti ilə geniş, məhsuldar və məzmunlu görüş keçirdik. Dostyana şəraitdə bir çox məsələləri müzakirə etdik. Diqqət mərkəzimizdə Qəzzadakı zorakılıqlar, İsrailin artan aqressiyası, Rusiya-Ukrayna müharibəsi və bölgəmizdəki digər hadisələr oldu. Həmçinin Suriya sabitliyinin qorunması və Yaxın Şərqdə sülhün təmin edilməsi məsələlərini də ətraflı müzakirə etdik", - deyə Olaylar xəbər verir ki, Ərdoğan bildirib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr