ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Qarabağ” - “Qəbələ" matçı qonaqların futbolçusu Qədir Ramazanov üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın akademiyasının 18 yaşlı yetirməsi Premyer Liqada debüt oyununa çıxıb.
Beləliklə, bu mövsüm "Qəbələ"nin heyətində elitada debüt edən futbolçuların sayı 5-ə çatıb. Buna qədər Fərid İsgəndərov, Nuğay Rəşidov, Süleyman Damadayev və Ziya Şəkərxanov da Premyer Liqada ilk oyunlarını keçiriblər.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.