AZ

“O, Ronaldo və Messi ilə müqayisə edilə bilər” - Qvardiola dedi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hücumçu Erlinq Halandın Kriştiano Ronaldo və Lionel Messi ilə müqayisəyə layiq olduğunu düşünür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Qol vurmaq baxımından o, Ronaldo və Messi ilə müqayisə edilə bilər. Haland yəqin ki, onların yaşında olduğundan daha çox qol vurub.

Biz cəmi iki ay geridə qoyduq. Messi və Ronaldo 15-20 ildir ki, hər mövsüm bunu edir.

Haland hələ gəncdir, lakin o, həqiqətən də, qol vurmaq baxımından eyni səviyyədədir”.

25 yaşlı futbolçu bu mövsüm “şəhərlilər”in heyətində 7 oyunda 9 qol vurub.

“Mançester Siti” oktyabrın 1-də Çempionlar Liqasında “Monako” ilə qarşılaşacaq.

Seçilən
10
sportinfo.az

1Mənbələr