AZ

Paytaxtın daha bir marşrut xəttinin avtobusları yenilənir

Paytaxtın Sabunçu qəsəbəsinin Əliyar Əliyev küçəsini Xətai rayonunun Rövlan Məmmədov küçəsi ilə əlaqələndirən 22 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Sentyabrın 30-dan sərnişinlərin xidmətinə veriləcək 10 ədəd “King Long” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Seçilən
41
20
publika.az

10Mənbələr