AZ

“Bəzən səhv anları seçmişəm, mən həyatımı yaşamaq və əylənmək istəyirəm”

“Mançester Siti”dən icarəyə götürülən “Everton”un hücumameyilli yarımmüdafiəçisi Cek Qriliş həyat tərzindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu bunu deyib:

“İnsanlar tez-tez deyirlər ki, o, çölə çıxmağı, əylənməyi sevir. Bu, doğrudur, mən həyatımı yaşamaq və əylənmək istəyirəm, amma düzünü desəm, bəzən səhv anları seçmişəm.

Mən “Mançester Siti”də olanda həddən artıq həzz aldığım vaxtlar olub, amma bunun yeganə səbəb olduğunu düşünmürəm”.

Qriliş məyusedici iki mövsüm keçirib və “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın etibarını itirib. 30 yaşlı futbolçu avqustda icarə əsasında “Everton”a transfer olunub.

Seçilən
3
sportinfo.az

1Mənbələr