ain.az bildirir, GlobalInfo portalına istinadən.
İranın ali dini rəhbəri Əli Xameneinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi İsraillə 12 günlük müharibə barədə açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, “Quds Online”yə müsahibəsində İsrailin təlim mərkəzinə endirilən raket zərbələri nəticəsində ölənlərin siyahısını yayıb. Səfəvi bildirib ki, zərbə nəticəsində azı 16 israilli pilot həyatını itirib.
“Zərbələrimiz dəqiq hesablanmışdı. Bunun nəticəsində də İsrail xeyli itki verdi. Həbçilər öldüş Ölənlərdən 16 nəfərin pilot olduğu ilə bağlı məndə məlumat var. Ümumilikdə İsrail 30-dan çox itki verib”.
Səfəvinin sözlərinə görə, İsrail tərəfi itkilərin miqyası barədə məlumatların dərcinə icazə verməyib. O həmçinin qeyd edib ki, İranın bəzi raketlərinin təsir gücü zəlzələyə bənzər dağıntılar yaradaraq 3 kilometr radiusda hər şeyi məhv edib.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.