AZ

Putin Türkiyə ilə sazişin protokollarını ratifikasiya etdi

BAKI, 29 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Türkiyə ilə ixrac kreditinin verilməsinə dair sazişin protokollarını ratifikasiya edən sənədi imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib .

Protokollar Türkiyənin Rusiya qarşısında ödəmə öhdəliklərini yerinə yetirməsi çərçivəsində dollar ödənişləri ilə bağlı çətinliklərin aradan qaldırılmasına yönəlib.

Rusiya maliyyə nazirinin müavini Vladimir Kolıçev bildirib ki, Türkiyə 2024-cü ildə vaxtı keçmiş kredit öhdəliklərini yerinə yetirməlidir.

Bu günlərdə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Türkiyə, Rusiya və Çin arasında mümkün ittifaqdan danışıb. O hesab edir ki, İsrail Türkiyənin təhlükəsizliyinə və regional sabitliyinə birbaşa təhdiddir, ona görə də bütün mümkün ssenarilər diqqətlə nəzərdən keçirilməlidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regional təhlükələri neytrallaşdırmaq üçün Türkiyə, Rusiya və Çin arasında mümkün müttəfiqlik təşəbbüsü ilə “tam tanış olmadığını” bildirib .

Seçilən
20
2
teleqraf.com

3Mənbələr