AZ

Trampın Qəzza planında sürpriz ad: onu da Sülh Şurası na gətirdi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Qəzzadakı müharibəni dayandırmaq üçün 20 maddəlik plan açıqlayıb.

Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, plana görə, HƏMAS-a 72 saatlıq müddət verilir. Bu müddət ərzində girovların azad edilməsi tələb olunur. Ardınca isə İsrailin yüzlərlə fələstinlini həbsdən buraxması şərt kimi göstərilir.

Sənədə əsasən, Qəzzada idarəçilik müvəqqəti keçid dövründə texnokratlardan ibarət, siyasi mövqedən uzaq Fələstin komitəsinə həvalə ediləcək. Komitə əhalinin gündəlik xidmət və bələdiyyə işlərini icra edəcək.

Bu prosesə isə yeni beynəlxalq qurum – “Sülh Şurası” nəzarət edəcək. Sözügedən quruma sədrlik edəcək şəxsin Tramp özü olacağı bildirilir. Bundan əlavə, şuraya digər dövlət rəhbərləri və siyasətçilər, o cümlədən Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin də qatılacağı açıqlanıb.

Xatırladaq ki, Bleyer 2007-ci ildə istefa verib. Onun populyarlığı əsasən 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsinə verdiyi dəstəkdən sonra kəskin şəkildə azalıb.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
globalinfo.az

1Mənbələr