AZ

Məktəblərdə dərslərin müddəti 40 dəqiqə olacaq? (RƏSMİ)

Son günlər sosial şəbəkələrdə və mediada məktəblərdə dərs müddətinin 45 dəqiqədən 40 dəqiqəyə endiriləcəyi ilə bağlı yayılan xəbərlər geniş müzakirələrə səbəb olub. 

Ölkə.az xəbər verir ki, modern.az məsələ ilə əlaqədar olaraq Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə əsasən, ümumi təhsil müəssisələrində dərslərin davametmə müddəti 45 dəqiqədən az olmamalıdır.

Əlavə olaraq qurumdan verilən məlumata görə, dərslər arasında fasilənin müddəti 5-10 dəqiqə, uzun fasilələrin müddəti isə (2 və ya 3 dərsdən sonra) 10-30 dəqiqə təşkil edir. Bir böyük fasilə isə 2 və 3 dərsdən sonra müddəti 20 dəqiqə olan iki fasilə ilə əvəzlənir.
 
"Hazırda sözügedən sənədə dəyişiklik edilməsi məsələsi müzakirə mövzusu deyil",- nazirlikdən bildirilib.

Seçilən
4
6
olke.az

8Mənbələr