AZ

“Türkiyədə Azərbaycana qarşı dezinformasiyanı ermənilər yayır” Türkiyəli jurnalist

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bu sözləri türkiyəli jurnalist Güngör Yavuzaslan Globalinfo.az-a açıqlamasında deyib. O, Türkiyə sosial media hesablarında Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyası barədə bəzi detalları açıb:

“Hər şeydən əvvəl onlayn media ciddi təhlükəsizlik məsələsidir. Azərbaycan Türkiyə ilə birlikdə geosiyasətdə ortaq strategiyalara və yanaşmalara malikdir. Azərbaycan Qəzzaya böyük humanitar yardım göstərən ölkədir. Azərbaycanla bağlı onlayn mediada dezinformasiyanın əsasını ermənilər və onların xüsusən də ABŞ mərkəzli havadarlarının yaydıqları yalan xəbərlər təşkil edir. Buna bu prizmadan baxmaq lazımdır”.

Güngör Yavuzaslan

Güngör Yavuzaslan bildirib ki, Azərbaycan Fələstin xalqının bəşəriyyət uğrunda mübarizəsində həmişə diplomatik mövqe nümayiş etdirib:

“İlham Əliyev beynəlxalq aləmdə humanist prinsiplərə söykənən siyasət yeridir. BMT Baş Assambleyasında və digər arenalarda can Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərməsi bir reallıqdır.

Bu dezinformasiya Azərbaycan-Türkiyə əməkdaşlığına, Azərbaycanın son illərdə artan beynəlxalq humanitar fəaliyyətinə, xüsusən də Ermənistan tərəfi ilə sülh prosesinə qarşı təsəvvür yaratmaq məqsədi daşıyır. Ermənistanın bu qondarma iddialarını vaxtaşırı eşidirik. Azərbaycanın guya İsraillə birgə hərəkət etdiyi təsəvvürü yaratmağa çalışılır. Halbuki bunun tam əksi baş verir. Azərbaycanın humanitar, ədaləti və Qəzzada dərhal atəşkəsin və sülhün təmin edilməsini müdafiə edən diplomatiyası var”.

Qeyd edək ki, Türkiyə sosial media hesablarında Azərbaycana qarşı növbəti iftira kampaniyası başlayıb. İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin guya əl çaldığı haqda məlumat tirajlanır. Halbuki sözügedən görüntülər Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı çəkilib. Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı əsasən müsəlman ölkələrinin diplomatları zalı tərk etmişdi. Görüntülərdə ümumiyyətlə Azərbaycan nümayəndə heyəti yoxdur. Əvəzində isə bəzi müsəlman ölkə diplomatlarının zalda qaldığı görünür.

Xatırladaq ki, bundan öncə Türkiyənin bəzi media qurumlarında guya Bakının İsrailin “Avroviziya”dan uzaqlaşdırılacağı təqdirdə Azərbaycanın da bu yarışmadan imtina edəcəyini bildirdiyi haqda yalan yayılmışdı.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr