AZ

Cabir İmanovun dəfn yeri açıqlandı

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Şəhriyar adına Mədəniyyət Mərkəzində olacaq.

Bu barədə “Qafqazinfo”ya aktyorun yaxın dostu, Xəzər Media Mərkəzinin Baş direktoru, Murad Dadaşov məlumat verib.

O bildirib ki, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.

bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirdikdən sonra vəfat edib.

C.İmanov 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
qafqazinfo.az

2Mənbələr