Son aylarda Türkiyə mediasında Azərbaycanla bağlı yayılan saxta və təhrif olunmuş xəbərlərin sayı artmaqdadır.
Operativ Media xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib.
Qeyd olunur ki, əvvəlcə nüfuzu zəif media qurumlarında tirajlanan bu xəbərlər daha sonra Türkiyənin “Hürriyyət” və “Sabah” kimi aparıcı qəzetlərində dərc edilib.
Saxta xəbərlər arasında Azərbaycanın guya “Avroviziya 2026”-da iştirakla bağlı İsraillə şərt qoyması və BMT Baş Assambleyasında İsrail Baş naziri Netanyahunun çıxışını Azərbaycan nümayəndə heyətinin izlədiyini iddia edən saxta foto da var.
Halbuki həm rəsmi açıqlamalar, həm də tədbirin canlı yayımları bu məlumatları təkzib edib.
Türkiyə hakimiyyəti ölkə daxilində dezinformasiya ilə mübarizəyə xüsusi diqqət ayırsa da, Azərbaycana qarşı yayılan saxta xəbərlər məsələsində rəsmi qurumların susqunluğu təəccüb doğurur.
AzTV: Necə olur ki, Türkiyədə dezinformasiyaya qarşı mübarizə aparan qurumlar Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına susurlar? pic.twitter.com/XzqzDubMw0
? Operativ Media (@operativmedia) September 29, 2025