ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Ağ Ev ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Vaşinqtonda keçirilən görüşün təfərrüatlarını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin "X" sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
Məlumatda Netanyahunun Trampın da iştirak etdiyi Qətərin Baş naziri Məhəmməd Əbdül Rəhman Əl-Tani ilə telefon danışığında ondan Dohaya raket zərbəsi endirdiyi üçün üzr istəməsi təsdiqlənib.
Netanyahu daha sonra İsrailin HƏMAS rəhbərliyini hədəf alaraq Qətərin suverenliyini pozmasından təəssüfləndiyini bildirib və ölkəsinin gələcəkdə belə hücumlar etməyəcəyini bir daha vurğulayıb.
Həmçinin qeyd edilir ki, Qətərin Baş naziri bu təminatları alqışlayıb, Dohanın regional təhlükəsizlik və sabitliyə mühüm töhfə verməyə davam etməyə hazır olduğunu vurğulayıb.
Tramp da öz növbəsində uzun illər davam edən qarşılıqlı narazılıq və anlaşılmazlıqlardan sonra İsrail-Qətər münasibətlərini yaxşılaşdırmaq istəyini ifadə edib.
"Netanyahu və Əl-Tani Trampın koordinasiyanı, ünsiyyəti yaxşılaşdırmaq, qarşılıqlı narazılıqları həll etmək və təhdidlərin qarşısını almaq üçün kollektiv səyləri gücləndirmək üçün üçtərəfli mexanizm yaratmaq təklifini qəbul ediblər", – Ağ Evin bəyanatında qeyd olunub.
Tərəflər, həmçinin ABŞ-nin Qəzzada müharibəyə son qoymaq və Yaxın Şərqdə təhlükəsizliyi yaxşılaşdırmaq planını müzakirə ediblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.