AZ

Rumıniyada hoteldə yanğın olub, iki nəfər itkin düşüb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Buxarest, 29 sentyabr, AZƏRTAC

Rumıniyanın Prahova bölgəsində yerləşən hoteldə baş verən yanğın nəticəsində iki nəfər itkin düşüb. AZƏRTAC xəbər verir ki, yanğın Ploeşti şəhəri yaxınlığında qeydə alınıb. Hadisə zamanı hotelin üç əməkdaşı binanı tərk edərək xilas ola biliblər. Məlumata görə, itkin düşənlər Nepal vətəndaşlarıdır. Hazırda onların axtarışları davam etdirilir. Yanğının səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. Qeyd edək ki, ötən il də eyni bölgədə yerləşən başqa bir hoteldə yanğın olub, nəticədə beş nəfər həyatını itirib. Həmin zaman məlum olub ki, hotel fəaliyyət göstərmək üçün rəsmi icazəyə malik olmayıb. Hadisə vaxtı binada 26 nəfər olub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
2
azertag.az

3Mənbələr