AZ

Əməkdar artist Cabir İmanovla vida mərasiminin yeri məlum olub

Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Şəhriyar adına Mədəniyyət Mərkəzində olacaq.

Bu barədə "Report"a aktyorun sənət dostu Murad Dadaşov məlumat verib.

O bildirib ki, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.

Qeyd edək ki, Cabir İmanov sentyabrın 29-da günorta saatlarında vəfat edib.

C.İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

1992–2001-ci illərdə "Parni iz Baku" şən hazırcavablar klubunun üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən Hazırcavablar Klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən Hazırcavablar Klubu "Əsrin Çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" Şən Hazırcavablar Klubu Teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Ailəli idi, 4 övladı var.

"Cebheinfo.az" 

Seçilən
13
7
cebheinfo.az

10Mənbələr