Madaqaskarda iğtişaşlar zamanı azı 22 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk deyib.
"Azı 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Həlak olanlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən öldürülən etirazçılar, habelə iğtişaşlar və qarətlər zamanı həlak olanlar var", - deyə o qeyd edib.
Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda elektrik enerjisinin və suyun kəsilməsinə qarşı nümayişlər başlayıb və iğtişaşlara çevrilib