AZ

Xaricdən gətirilən ermənilər Daşlı kəndinə yerləşdirilib Qərbi Azərbaycan Xronikası

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Samux rayon nümayəndəsi Məsud Vəliyev olub.

O, Qərbi Azərbaycanın Vedibasar mahalından, ata-baba yurdu Daşlı kəndindən söhbət açıb. Bildirib ki, 1828-ci ildə İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Qərbi Azərbaycanın bütün mahalları kimi Vedibasara da Türkiyə və İrandan ermənilər köçürülüblər. Bu mahalın əzəli sakinləri ötən əsrin 1905-1907, 1918-1920-ci illərində erməni daşnaklarının silahlı hücumlarına, soyqırımı və deportasiyalara məruz qalıblar. Vedi rayon mərkəzindən üç kilometr məsafədə, Vedi çayının yanında yerləşən Daşlı kəndinin sakinləri də bu hadisələrdən böyük zərər çəkiblər. 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən Daşlı kəndinin azərbaycanlı sakinləri qovulub və xaricdən gətirilən ermənilər burada yerləşdirilib.

M.Vəliyev deyib ki, indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənddən qovulmuş azərbaycanlıların bir qismi öz doğma ocaqlarına dönə bilib. Lakin SSRİ Nazirlәr Sovetinin "Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən Qərbi Azərbaycandakı soydaşlarımız, o cümlədən Daşlı kəndinin azərbaycanlı sakinləri də tarixi-etnik torpaqlarından deportasiya olunublar. Onlar Azərbaycanın aran zonasına məcburi şəkildə köçürülüblər. Bu zaman iqlim dəyişməsi səbəbindən çoxsaylı soydaşımız dünyasını dəyişib. 1987-1991-ci illərin hadisələri zamanı isə Qərbi Azərbaycandakı bütün soydaşlarımız tarixi torpaqlarından deportasiya olunublar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
baku.ws

2Mənbələr