Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Alyansa üzv dövlətlər hava məkanı təhlükələrinə qarşı mübarizədə Ukraynadan dərs almalıdırlar.
Axar.az xəbər verir ki, bunu NATO-nun Branssumdakı Birləşmiş Qüvvələr Komandanlığının komandanı general İnqo Qerhartsa deyub.
O, hava məkanı təhdidlərinə qarşı NATO ölkələri arasında koordinasiyalı səylərin zəruriliyini vurğulayıb.
General qeyd edib ki, 20-yə yaxın Rusiya pilotsuz təyyarəsindən yalnız üçü müxtəlif vaxtlarda Polşa hava məkanına daxil olduqları üçün vurulub. Bununla belə, o, döyüş təyyarələri ilə onların qarşısının alınmasının praktiki olmadığını etiraf edib:
"Biz iki və ya üç min dollara başa gələn pilotsuz təyyarələri milyonlarla dollara başa gələn raketlərlə vurmağa imkan verə bilmərik. Hamımız bunun səmərəsiz olduğunu bilirik və lazım olsa, bunu uzun müddət davam etdirə bilməzdik. Biz başqa həll yolları tapmalı və müxtəlif sahələrə daha çox resurs yatırmalıyıq".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.