AZ

Məşhur kardioloq Cabiri öldürən davranışlardan yazdı

Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, kardioloq-aritmoloq Dr. Günay Rəhimova əməkdar artist Cabir İmanovun qəfil ölümü fonunda idman zallarındakı qeyri-professional şəraitə diqqət çəkib.

Axar.az xəbər verir ki, Feysbuk hesabında etdiyi paylaşımında həkim diqqətdən kənar qalan bir neçə nüansa toxunub.

O bildirib ki, dəfələrlə bu mövzuda yazıb, çıxışlar etsə də, həm idmançıların, həm də məşqçilərin kinayəli münasibəti ilə qarşılaşıb:

"1. Əvvəla, o məkanlarda həqiqətən də professional treynerlər olmalıdır. Hansılar ki ilkin tibbi yardımı həkim səviyyəsində bilir;

2. İkincisi, idman zallarında defibrilyator aparatı qoyulmalıdır, hansının ki, istifadəsini adi vətəndaş da edə bilər;

3. Üçüncüsü, idmana gələn, yazılan hər kəsin kardioloqdan sağlamlıq kağızı olmalıdır - əsl kağız, yalançı yox;

Cabir İmanovla uşaqlığımız, gəncliyimiz getdi.

Halbuki o hələ uzun yaşaya bilərdi. Ürək ən vəfasız orqandır. Ən vəfasız", - o əlavə edib.

Kamera görüntülərinə baxdığını da vurğulayan həkim qeyd edib:

"Mənasız zaman itkisi. Zaman itkisi. Zaman itkisi. İndi daha çox yandım ölümünə".

Seçilən
9
6
axar.az

8Mənbələr