Netanyahu HƏMAS-ı Trampın Qəzza ilə bağlı sülh planını rədd edəcəyi təqdirdə hədələyib...
Əgər HƏMAS ABŞ lideri Donald Trampın təklif etdiyi Qəzza sülh planının şərtlərini rədd edərsə və ya həyata keçirə bilməsə, İsrailin özü bu işi bitirəcək.
"Report"un "Sky News"a istinadən verdiyi xəbərə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda Trampla birgə mətbuat konfransında bildirib.
"Bunu həm asan, həm də çətin yolla etmək olar. Biz hər kəsə bunu sülh yolu ilə etmək şansı veririk", - o bildirib.
Netanyahu xəbərdarlıq edib ki, əgər HƏMAS planı rədd edərsə, yaxud onu qəbul edib sonra faktiki olaraq ona qarşı çıxarsa, İsrail işi özü yekunlaşdıracaq:
"İsrailin hərbi məqsədlərinə çatılmalıdır, çünki ölkə bu dəhşətli mübarizəni aparıb, gənclərimizin ən yaxşılarını qurban verib ki, HƏMAS Qəzzada qalmasın",
Poliqon.info