AZ

Alov Qüllələrində SKYWind 2025 qülləyə qaçış yarışması keçirilib

Sentyabrın 28-si müasir Azərbaycanın simvollarından olan Alov Qüllələrində Ümumdünya Qüllə Qaçışı Assosiasiyasının ( World Tower Running Association) himayəsi altında Triterra Triatlon Klubu tərəfindən SKYWind 2025 qülləyə qaçış üzrə yarış keçirilib.

90deqiqe.Az Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iştirakçılar 837 pillədən ibarət olan 32 mərtəbəni qət etdilər. Turnirə Ümumdünya Qüllə Qaçışı assosiasiyanın prezidenti Daniel Cecetka da yarışçı kimi qatılıb.

Yarışda yerli idmançılarla yanaşı, İspaniya, Rumıniya, Xorvatiya, Slovakiya və digər ölkələrin təmsilçiləri də güclərini sınayıblar. 

Qeyd edək ki, Triterra İdman Klubu Ümumdünya Qüllə Qaçışı assosiasiyasının Azərbaycanda rəsmi nümayəndəsidir. 

Qadınlar arasında qaliblər

1. Chomanicova Kamila (Slovakia)

2. Garibova Nazrin (Azərbaycan)

3. Natalya Vallek (Azərbaycan)

Kişilər arasında qaliblər

1. Vuletic İvan (Xorvatiya)

2. Musa Mikayılzadə (Azərbaycan)

3. Igrisianu Raphael ( Rumıniya)

Seçilən
42
90deqiqe.az

1Mənbələr