Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiya bizim qətiyyətimizi sınamaq, qarışıqlıq yaratmaq istəyir. Bu, təhlükəlidir və buna birlikdə aydın cavab verilməlidir.
Axar.az xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Yohan Vadeful Varşavada Polşa, Fransa və Ukraynadan olan həmkarları ilə görüşündə deyib.
NATO ölkələrinə qarşı hibrid hücum dalğasının müşahidə olunduğunu, Polşa, Estoniya, Rumıniya və Danimarkada dron hadisələrinin qeydə alındığını xatırladan Y.Vadeful bu fəaliyyətlərin təsadüfi olmadığını vurğulayıb.
“Hədəf bizim hava məkanlarımız, kritik infrastrukturumuz və müdafiəyə hazırlığımızdır”, - deyə Vadeful bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.