ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Tramp ilə birgə mətbuat konfransında çıxış edərək, HƏMAS-ı sərt şəkildə hədələyib.
Globalinfo.az xəbər verir ki, o, HƏMAS hərəkatını Trampın təklif etdiyi sülh planını qəbul etməyə çağırıb və əks halda sərt nəticələrlə üzləşəcəkləri barədə xəbərdarlıq edib.
Netanyahunun sözlərinə görə, əgər HƏMAS razılaşmadan imtina edərsə və ya qəbul etdiyini bəyan edib sonradan şərtlərdən yayınmağa çalışarsa, İsrail Qəzzada işlərə təkbaşına son qoymağa hazırdır.
Baş nazir əlavə edib ki, qarşıda iki yol var:
“Bu, ya asan, ya da çətin yolla başa çatacaq. Biz asan yola üstünlük veririk, amma lazım gələrsə, çətin variantı da seçəcəyik. Əks halda HƏMAS məhv olacaq”.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.