Əfqanıstanda internet tamamilə kəsilib.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "NetBlocks" beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.
Məlumata görə, bu, Taliban hakimiyyətinin əxlaqı qorumaq üçün atdığı addımlarla əlaqəlidir.
Telefon rabitəsində də fasilələr yaranıb.
Qeyd edək ki, sentyabrın 18-də Əfqanıstanın 34 əyalətindən 11-də genişzolaqlı internet bağlanıb.