AZ

Ermənistan ordusunun qadın batalyonunda qalmaqal

Ermənistan Müdafiə Nazirliyi İrəvanda qadın batalyonunda insident olması ilə bağlı xəbərlərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, nazirlikdən bildirilib ki, sentyabrın 23-də bölmələrdən birinin müqaviləli əsgəri cinayət barədə hərbi polisə məlumat verib, daha sonra şikayət istintaq orqanlarına göndərilib.

Bir müddət əvvəl “shamshyan.com” saytına açıqlamasında qadın əsgərlərdən biri bölmə rəhbərliyinin onlarla pis rəftar etdiyini, hamilə qadınları gülləkeçirməz jilet geyinməyə məcbur etdiyini, hərbi polisin onların şikayətlərinə məhəl qoymadığını bildirib.

Məlumatda qeyd olunur ki, əsgərlərdən biri bölməni tərk edərək, birbaşa Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa cəhd etsə də, onu yolda hərbi polis saxlayıb.

Dəniz Pənahova 

KONKRET.az 

Seçilən
7
1
konkret.az

2Mənbələr