AZ

Qəzzada keçid Sülh Şurası yaradılacaq - Tramp rəhbərlik edəcək

Qəzzada müharibə bitdikdən sonra onun yenidən qurulmasına nəzarət etmək üçün Keçid Sülh Şurası yaradılacaq.

Publika.az xəbər verir ki, bunu mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

Onun sözlərinə görə, bu, 20 maddəlik sülh planında da öz əksini tapıb.

Ağ Ev rəhbəri ərəb ölkələrinin, İsrailin və planda iştirak edən hər kəsin qərarı ilə bu şuraya rəhbərlik edəcəyini də elan edib.

Seçilən
55
publika.az

1Mənbələr