AZ

Hər payız eyni kabus! Bu üsulla saç tökülməsinə SON

Soyuq hava təkcə dəri deyil, həm də saç sağlamlığına mənfi təsir göstərir. Qış aylarında saç telləri daha tez quruyur, qırılır və saç tökülməsinə daha çox rast gəlinir.

KONKRET.az xəbər verir ki, mütəxəssislər bunun həm mövsüm dəyişiklikləri, həm də qapalı qızdırıcıların rütubəti azaldan təsirləri ilə bağlı olduğunu düşünürlər.

Təbii evdə qulluq üsulları ilə saç tökülməsini azaltmaq mümkündür.

Gicitkən çayı ilə hazırlanmış saç vannası baş dərisini qidalandırır və kökləri canlandırır. Daimi istifadə edildikdə saçların daha güclü və parlaq görünməsinə kömək edir.

E vitamini ilə zəngin olan badam yağı saç tellərinin elastikliyini artırır. Həftədə bir dəfə saç dərinizə masaj etmək həm saç tökülməsini azaldır, həm də saçların daha sürətli uzanmasını təmin edir.

Soğandakı kükürd saç follikullarını stimullaşdırır, yeni saçların böyüməsini təşviq edir. Baş dərisinə nazik təbəqə ilə soğan suyunu çəkib 15 dəqiqə saxlamaq xüsusilə mövsümi saç tökülmələrində təsirli ola bilər.

Dəniz Pənahova 

KONKRET.az 

Seçilən
0
1
konkret.az

2Mənbələr