AZ

Azyaşlıya qarşı qeyri-etik hərəkətlər olunduğu iddia edilir: 281 nömrəli məktəbdə nə baş verir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sosial şəbəkələrdə 281 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin soyundurularaq videoya çəkilməsi ilə bağlı iddialar yayılıb.
Məsələ ilə bağlı həmin məktəbin şagirdləri Baku TV-yə danışıblar. Onlardan biri bildirib:
"Deyilənə görə, uşağın özü soyunub. Həmin videonu isə sinfin adını batırmaq üçün çəkiblər. İndi uşaqlar həmin sinifdən çıxırlar".
Üzünün efirdə görünməsini istəməyən valideynlərdən biri isə uşaqlara bu məsələ ilə bağlı danışmağa qadağa qoyulduğunu deyib:
"Uşaqları qorxudurlar. Bu məktəbdə hələ çox belə hallar olub, amma ört-basdır ediblər".
281 nömrəli məktəbin rəhbərliyi isə məsələyə münasibətində qeyd edib ki, sözügedən 7-ci sinif şagirdi davranış qaydalarını mütəmadi olaraq pozur, dərs zamanı aqressiv hərəkətlər edir:
"Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı xəbərdar edilib. Lakin müsbət nəticə əldə edilməyib. Sentyabrın 18-də tənəffüs vaxtı sinif yoldaşları həmin şagirdə qarşı təzyiq göstəriblər. Məktəb rəhbərliyi hadisəni nəzarətə götürüb və aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparılır".
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, məktəbdə sağlam psixoloji mühitin möhkəmləndirilməsi üçün əlavə psixoloq cəlb olunub:
"Belə hallarda təhsilalanların psixoloji zərər görməməsi və uşaqların təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Davranış qaydalarına zidd hallar baş verdikdə, qanun çərçivəsində tədbirlər görülür".
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
54
5
oxu.az

3Mənbələr