Qərb ölkələri Rusiyaya qarşı “yeni tipli müharibə” aparırlar.
Axar.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk deyib.
Onun sözlərinə görə, hazırda fikir liderlərinin qarşısında duran ən mühüm vəzifə bütün Qərb ictimaiyyətinə Rusiya ilə müharibənin artıq getdiyini çatdırmaqdır.
"Bu, müharibədir. Biz bunu istəmirdik, bəzən qəribə olur, bu, yeni bir müharibə növüdür, amma müharibədir", - deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 25-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 Xarici İşlər Nazirlikləri (XİN rəhbərləri) başçılarının görüşü zamanı bəyan edib ki, NATO və Avropa Birliyi Ukrayna vasitəsilə Rusiyaya müharibə elan edib və orada birbaşa iştirak edib.