AZ

40 yaşlı ulduz - Nə qədər “qoca” olsa da, min cavana dəyər!

“Real”dan “Milan”a keçidi bəzilərini təəccübləndirmişdi, ancaq 40 yaşlı Luka Modriç İtaliya A Seriyasında hələ də elit səviyyədə oynaya bildiyini sübut edir.

Sportinfo.az “Opta Sports”-a istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi hazırda liqanın bir neçə statistik göstəricisinə liderlik edir:

  • Ən çox dəqiq ötürmə – 300
  • Rəqibin meydanında ən çox ötürmə – 169
  • Uğurlu müdaxilələr – 10
  • Topu geri qaytarma sayı – 31
  • Xətlərarası uğurlu ötürmə – 46

Modriç bu yay “Milan”ın heyətinə qoşulub və A Seriyasında artıq 5 oyun keçirib. O, bu matçlarda bir qol vurub və 1 məhsuldar ötürmə verib.

40 yaşlı futbolçunun “qırmızı-qaralar”la” müqaviləsinin müddəti mövsümün sonuna kimidir.

Seçilən
1
sportinfo.az

1Mənbələr