AZ

Yalnız iki komanda – “Qarabağ”la “Neftçi” daha çox...

Premyer Liqanın 6-cı turu “Şamaxı” üçün əlamətdar olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan”la görüş meydan sahibləri üçün ölkə çempionatının yüksək dəstəsində 350-ci ev matçı kimi tarixə düşüb.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşıyan “Şamaxı” öz meydanında 173 qələbə qazanıb, 88 dəfə məğlub olub.

1:1 hesablı bərabərlik 89-cu heç-heçə kimi yadda qalıb. Şamaxı təmsilçisi bu görüşlərdə 467 qol vurub, 280-ni buraxıb.

Yalnız iki komanda – “Qarabağ”la “Neftçi” daha çox ev oyunu keçirib.

Seçilən
1
sportinfo.az

1Mənbələr