AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
I Liqada III turun “Baku Sportinq” – “’Şimal” oyununda topdaşıyanların say limiti pozulduğuna görə ev sahibi komanda 600 manat cərimə edilib.
MOİK – “’Zaqatala” oyununda qonaqların nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə onlar 300 manat cərimə edilib.