Gəncə stadionu UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilib.
Sportinfo.az xəbər verir ki, bu barədə Prezidentin izi ilə Gəncə stadionuna təşkil olunan mediaturda bildirilib.
Qeyd olunub ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir.
Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası da tikilib.
Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb.
UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Stadionunda lll MDB oyunlarının açılış mərasimi keçirilib.
Prezident İlham Əliyev sentyabrın 27-də Gəncə Stadionunun açılısında iştirak edib.