AZ

Ermənistan MN: Qadın batalyonunda baş verən cinayətlər araşdırılır

Ermənistanın Müdafiə Nazirliyi İrəvanda qadın batalyonunda baş verən insidentlə bağlı KİV-də yayılan məlumatlara münasibət bildirib.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Nazirlikdən hadisə ilə bağlı KİV-in sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 23-də hərbi hissələrdən birinin müqaviləli hərbi qulluqçusu cinayət əməli ilə bağlı hərbi polisə məlumat verib. Ərizə istintaq orqanlarına göndərilib.

Xatırladaq ki, daha əvvəl "Shamshyan.com" saytına açıqlamasında qadın hərbi qulluqçu rəhbərliyin onunla pis rəftar etdiyini, hamilə qadınların gülləkeçirməz jilet geyinməyə məcbur edildiyini, hərbi polisin onun şikayətlərinə məhəl qoymadığını bildirib.

KİV-in məlumatına görə, hərbi qulluqçulardan biri hadisə barədə Müdafiə Nazirliyinə məlumat vermək üçün hissəni tərk edib, lakin hərbi polis yolda onu saxlayıb.

Seçilən
10
1
musavat.com

4Mənbələr