AZ

10 dəqiqəyə 200 PUA vura bilən lazer sistemi təqdim edildi

BAKI, 30 sentyabr. TELEQRAF

Avstraliyanın “Electro Optic Systems” şirkəti 150 kVt-dək gücə malik “Apollo” yüksək enerjili lazer sistemini (HELW) təqdim edib.

Teleqraf xəbər verir ki, sistem avtonom rejimdə 200-dək dronu məhv etmək imkanına malikdir.

Standart altı metrlik nəqliyyat konteyneri içərisində yerləşən “Apollo”nun iki şüalandırıcısı damda yerləşdirilir. Sistem 3 km-dək hündürlükdə olan dronları tam fiziki məhv etmək imkanına malikdir. Optik sensorların sıradan çıxarılması hündürlüyü isə 15 km təşkil edir. Döyüş əməliyyatları zamanı lazer 360 dərəcə çevrilə bilir.

Növbəti hədəfə 60 dərəcəyə qədər sektorda dönmək üçün ona cəmi 700 ms kifayət edir. Bu zaman “Apollo” cəmi bir dəqiqə ərzində 20-dək kiçik PUA-nı məhv etmək imkanına malikdir. Onun əsas üstünlüklərindən biri avtonom enerji rejimində 200-dək dronu məhv edə bilməsidir.

Seçilən
59
teleqraf.com

1Mənbələr