AZ

Tramp generallarla görüşdən sonra Ağ Evdə xüsusi bəyanatla çıxış edəcək

ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evin Oval Ofisindən bəyanatla çıxış edəcək.

Musavat.com xəbər verir ki, bu, prezidentin mətbuat xidmətinin yaydığı qrafikdə əksini tapıb.

Trampın planlaşdırdığı açıqlamanın mövzusu cədvəldə qeyd olunmayıb. Bildirilir ki, prezident saat 11:00-da (Bakı vaxtı ilə 19:00 – red.) bəyanatla çıxış edəcək.

Cədvəldən aydın olur ki, Tramp bu bəyanatı müdafiə naziri Pit Heqset və yüzlərlə amerikalı general və admiralın qatıldığı Virciniya ştatının Quantico şəhərindəki görüşdən Ağ Evə qayıtdıqdan qısa müddət sonra verəcək.

Musavat.com

Seçilən
16
1
musavat.com

2Mənbələr