AZ

Bu iki şərt olarsa, Rusiya sülhə sazılaşacaq

Rusiya yalnız iki şərt yerinə yetirildiyi təqdirdə sülhə razılaşa bilər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya-Ukrayna müharibəsinin veteranı, "Aydar" batalyonunun sabiq tağım komandiri Yevgeni Dikiy bildirib.

O qeyd edib ki, ABŞ-ın “Tomaqavk” raketləri Ukraynanın danışıqlarda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər:

"Gəlin məsələnin mahiyyətinə keçək. Rusiya hansı şərtlərlə sülhə razılaşacaq? Yalnız iki şərtdən biri olduqda: ya Rusiya ordusu döyüş effektivliyini tamamilə itirəcək, ya da Rusiyanın özündə tam iqtisadi çöküş və hakimiyyətdə xaos yaşanacaq".

Dikiy vurğulayıb ki, Rusiya bu şərtlərdən biri reallaşanda sülhə nail olmaq üçün ciddi danışıqlara keçəcək.

Seçilən
8
2
axar.az

3Mənbələr