AZ

100 dən çox ölkədə var: Azərbaycan da hazırlaşır Kişilərə müjdə

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda kişilər üçün ödənişli atalıq məzuniyyəti ilə bağlı qanun layihəsinin hazırlanması müzakirələrə səbəb olub.

Qanun nə dərəcədə effektiv ola bilər?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, sözügedən qanun layihəsi qəbul olunsa belə, onun icrası diqqətlə izlənilməlidir:

“Çünki bir çox qanunlar real həyatda, xüsusən də özəl müəssisələrdə tam icra olunmur və işçilərin hüquqları pozulur. Bu səbəbdən ilk növbədə maarifləndirmə aparılmalı, eyni zamanda ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir. Qanunun qəbul edilməsi bərabərlik prinsipinin qorunması baxımından vacibdir. İqtisadi tərəfə gəldikdə, ödənişlərin icbari sığorta hesabına kompensasiya olunması və ya müəssisələrə vergi güzəştlərinin tətbiqi məqsədəuyğun olardı. Əks halda, sui-istifadə halları arta bilər”.

Günay Hüseynova

İqtisadçı bildirib ki, işçi istehsalatda fiziki əməyə cəlb olunursa, onun məzuniyyətə çıxması müəssisənin istehsal gücünü azalda bilər:

“Belə hallarda müəssisəyə əlavə dəstək mexanizmləri nəzərdə tutulmalıdır. Azərbaycan ailə modelinin xüsusiyyətlərini nəzərə almaq da önəmlidir. Bəzi hallarda atanın məzuniyyətdə olub-olmaması uşağa faktiki qulluq məsələsinə təsir etməyə bilər. Buna görə də məzuniyyətin müəyyən hissəsinin uşağın böyümə mərhələsinə uyğun bölüşdürülməsi və ya valideynlər arasında növbəli şəkildə tətbiqi daha səmərəlidir”.

Qeyd edək ki, statistikaya görə, hazırda dünyada 100-dən ölkə ödənişli atalıq məzuniyyəti verir.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
globalinfo.az

1Mənbələr