
Çinin kosmik sənayedəki yeni layihəsi sakit inqilabi transformasiya keçidinin sübutudur.
Reyting.az xəbər verir ki, bunu "South China Morning Post" nəşri yerli mütəxəssislərə istinadla yazıb.
Qeyd olunur ki, artıq kosmik raketlərin və peyklərin kütləvi istehsalını avtomobil yığımı qədər səmərəli etmək məqsədilə yeni bir sistemin tətbiqinə başlamağın və bu sistem uğurla təcrübədən keçdiyindən onu tam işlək vəziyyətə gətirməyin vaxtıdır. Bu model detalların yalnız lazım olduqda və dəqiq sayda istehsalını nəzərdə tutur.
Yerli ekspertlər deyiblər ki, Çinin kosmik sənayesinin istehsalında əvvəllər tətbiq edilmiş "push" üsulu daha işə yaramır, çünki keyfiyyət təminatı əsas məqsəd olsa da, bir çox hallarda hətta bu cür şəraitdə belə ehtiyatların yığılması və gecikmələrdə ləngimə yaradırdı.
Mütəxəssislər əminliklə bildiriblər ki, yeni yanaşma həm sürət, həm keyfiyyət, həm də ayrılmış maliyyə xərclərinə yüksək səviyyədə nəzarət etmək imkanı verəcək.
Kosmik sənayedə çalışan, eləcə də bu sahə ilə uzunmüddətli əməkdaşlıq edən alimlərinin sözlərinə görə, hazırda bəzi hesablamalar və proqnozlar göstərir ki, 2045-ci ilə qədər Çin hər il orbitə 170 min ton yük çıxara bilər.
İnkişaf edən Çin yaxın gələcəkdə kosmik sənayedə böyük yeniliklər edəcək. Çin kosmik sənayedə istehsalın miqyasını artırmaqla, uzun müddət kosmik sahədə onunla rəqabət aparan digər ölkələri də geridə qoya biləcək.
Oqtay QORÇU