AZ

Tramp bu gün xüsusi bəyanat verəcək

Tramp

ABŞ prezidenti Donald Tramp bu gün Ağ evdə böyük ictimai bəyanatla çıxış etməyi planlaşdırıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Rəsmi protokola əsasən, ABŞ lideri Bakı vaxtı ilə saat 18:00-da “dairəvi kabinet”dən xüsusi bəyanat verəcək, amma mövzu açıqlanmır.

D.Trampın iş günü xeyli tez başlayacaq: səhər saat 9-da. O, Virciniya ştatının Quantiko şəhərindəki Dəniz Piyadaları Korpusunun bazasına baş çəkəcək. Tədbirə müdafiə naziri Pit Heqset rəhbərlik edəcək. Əvvəlcə o, bir neçə yüz general və admiralla görüş keçirəcək. Səhər saat 10-da Tramp orada çıxış edəcək, bundan sonra Vaşinqtona qayıdacaq.

E. KAMAL

Seçilən
13
reyting.az

1Mənbələr