AZ

"SpaceX" "Starship"in yeni sınaq uçuşunu planlaşdırır

ABŞ-nin "SpaceX" şirkəti "Starship" kosmik gəmisinin prototipi ilə raket daşıyıcısının növbəti sınaq buraxılışının oktyabrın 13-də keçirilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, şirkət bu barədə öz saytında bildirib.

"Starship"in on birinci sınaq buraxılışı bazar ertəsi, oktyabrın 13-nə hazırlanır. Buraxılış pəncərəsi yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə 14 oktyabr saat 3:15 - red) açılacaq", - qeyd olunub.

"SpaceX" 10-cu sınaq buraxılışının uğurunu artıracağına ümid edir. Şirkət gücləndiricini Meksika körfəzində aşağı salmağı planlaşdırır. "Starship"in yuxarı pilləsi kosmosda bir neçə vəzifəni yerinə yetirməlidir, o cümlədən sonradan atmosferdə yanması gözlənilən səkkiz "Starlink" rabitə sistemi peyk simulyatorunun işə salınması və kosmosda "Raptor" mühərrikinin yenidən alışması.

Bundan əlavə, uçuş sınaqlarına "Starship"in yuxarı pilləsinin gələcək uçuşlarda buraxılış sahəsinə qayıtmasını təmin etmək məqsədi daşıyan bir sıra təcrübələr və əməliyyat dəyişiklikləri daxildir.

"Starship" prototipinin Hind okeanına enəcəyi gözlənilir.

Bundan əvvəl "The New York Times" xəbər verib ki, ABŞ "SpaceX"in əsas rol oynadığı NASA proqramı ilə bağlı problemlərə görə Ay yarışında Çinə uduzmaq riski ilə üzləşib.

Seçilən
11
3
ikisahil.az

4Mənbələr