AZ

Qazaxın azad edilmiş kəndlərinin nə qədər hissəsi minalardan təmizlənib? - AÇIQLAMA

Bakı.Trend:

Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilinaprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edilir. İcraedilən əməliyyatlar zamanı 204.9 ha ərazi təmizlənib, 1,054 ədədpiyada əleyhinə mina, 98 ədəd tank əleyhinə mina və 48 ədədpartlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Trend-in sorğusuna əsasən Azərbaycan RespublikasınınMinatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilibli ki, qeyd edilmiş ərazilərdə həm relief çətinliyi,həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur.

"Təmizləmə əməliyyaları zamanı daha çox piyada əleyhinə minalararast gəlinir",-əlavə olunub.

Qeyd edək ki, Qazax rayonunun 30 il işğal altında olan BağanısAyrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləriAzərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında qaytarılıb.Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xəttimüəyyən edilib.

Seçilən
81
5
az.trend.az

10Mənbələr