AZ

Avropa rəsmən bəyan etdi: Müharibə başladı

Almaniya kansleri Fridrix Merts bildirib ki , Almaniya artıq sülh içində deyil.

Publika.az xəbər verir ki, siyasətçi Danimarka və Şlezviq-Holşteyn ştatında Rusiyaya aid pilotsuz təyyarələrlə bağlı insidentləri şərh edib. Onun sözlərinə görə, bu hadisələr həyəcanvericidir, lakin bu dronların mənşəyi hələ də məlum deyil.

O, Almaniyanın silahlı münaqişəyə cəlb olunma riski ilə bağlı sualı cavablandırarkən deyib: “Biz tamamilə fərqli bir dünyada yaşayırıq.

Biz müharibə vəziyyətində deyilik, amma artıq sülh şəraitində də deyilik”.

Mertsin çıxışı ilə eyni vaxtda Polşanın Baş naziri Donald Tusk da oxşar bəyanatla çıxış edib. Onun sözlərinə görə, artıq Rusiya ilə Qərb arasında münaqişə gedir.

Seçilən
30
25
publika.az

10Mənbələr